Dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım köçürüləcək...

Dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım köçürüləcək...

Bu arada Belçikanın baş naziri Aleksandr de Kroo Ukraynaya 1,7 milyard avro məbləğində maliyyə dəstəyi göstərmək üçün xüsusi fond yaradıldığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu fond Belçikada dondurulmuş Rusiya aktivlərinin vergiyə cəlb edilməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.

Bu barədə Belçikanın baş naziri Aleksandr de Kroo Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə bildirib.

O, Belçikanın Ukraynanı dəstəkləməkdə sadiq qaldığını və üç əsas sahədə fəaliyyətini davam etdirəcəyini, bunlardan ilk ikisinə hərbi yardım və iqtisadi sanksiyaların tətbiqi daxildir.

...Üçüncü, Ukrayna üçün 1,7 milyard avro həcmində fondun yaradılmasıdır... bu fondun mənbəyi Rusiyanın Belçikada dondurulmuş milyardlarla dollarlıq aktivləri olacaq. Belçikada bu dondurulmuş aktivlərin mənfəətindən vergi tutulur. Keçən il bizə aydın oldu ki, bu aktivlərdən əldə edilən mənfəətin vergiyə cəlb edilməsi Ukrayna xalqına 100 faiz fayda verməlidir. Biz bunu keçən il etdik və bu il də 1,7 milyard avro fond vasitəsilə yenidən edəcəyik. Bu fond hərbi texnikanın alınması, humanitar yardım, Avropa Sülh Fondu, makromaliyyə yardımı və sair üçün istifadə olunacaq.

Qeyd etdiyimiz kimi bunu Belçikanın baş naziri bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə