Hakan Fidan Türkmənistana işgüzar səfər edib

Hakan Fidan Türkmənistana işgüzar səfər edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkmənistana işgüzar səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, Paytaxt Aşqabaddakı ''Xalq xatirəsi'' memorial kompleksinin önünə əklil qoyan Hakan Fidan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov tərəfindən qəbul edilib.

Hakan Fidan türkmənistanlı həmkarı Rəşid Meredovla da görüşüb. Daha sonra nazirlər nümayəndə heyətləri arasında baş tutan görüşlərə sədrlik ediblər.

Görüşlər zamanı ticarət, enerji, nəqliyyat, podratçılıq xidmətləri, parlamentlərarası əməkdaşlıq, təhsil, mədəniyyət və konsulluq məsələləri müzakirə olunub.

Nazir Hakan Fidan və türkmənistanlı həmkarı 2024-2025-ci illəri əhatə edəcək Əməkdaşlıq Proqramını da imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə