“Şeytan” rusların bütün sirlərini açıb-töküb...

“Şeytan” rusların bütün sirlərini açıb-töküb...

...Bu arada Cəbhənin Baxmut istiqamətində əsir götürülən “Şeytan” çağırış nişanlı rus batalyonunun komandiri dindirilmə zamanı Rusiya ordusu ilə bağlı mühüm məlumatları Ukrayna hərbçilərinə çatdırıb.

Üstəlik, Rusiya ordusunun komandanlığı arasında itkilərin sayının Rusiyanın müharibədəki işlərinin çox pis olduğunu göstərdiyini də deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü İxtisaslaşdırılmış Briqadasının 2-ci hücum batalyonunun komandiri Dmitri Kuxarçuk deyib.

O, Telegram-kanalında qeyd edib ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Andreevkada Rusiya Federasiyasından olan 72-ci briqadanın üç batalyon komandirini məhv edib. Bir gün əvvəl Tatarıstan əsilli “Şeytan” ukraynalılar tərəfindən əsir götürülüb. Onu 2-ci hücum batalyonunun əsgərləri əsir alıb. Onun dediyinə görə, Rusiya ordusundan olan həmkarları yaralı komandirlərini cəbhə xəttində qoyub gediblər.

Dindirilmə zamanı “Şeytan” Rusiya Silahlı Qüvvələrinin ölən komandirlərinin adlarını sadalayaraq rus ordusunun ciddi itkilərindən danışıb.

Verilən xəbərlərə görə, Rusiya ordusunun Ukrayna ilə müharibədəki itkiləri Rusiya tarixində ən yüksək itkilərdəndir. Müxtəlif mənbələrə görə, ölən və yaralananların sayı 130-270 min arasında dəyişir. Rusiya ordusunun Ukraynadakı itkiləri Rusiyanın bütün tarixində görünməmiş bir itkidir. Onlar döyüş əməliyyatlarının gedişinə əhəmiyyətli təsir göstərir və rus ordusunun döyüş effektivliyinin azalmasına səbəb olur.

Ekspertlərin fikrincə, bu itkilər Rusiya üçün uzunmüddətli nəticələrə gətirib çıxara bilər və onun gələcəkdə döyüş qabiliyyətinə mane ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə