Zelenski Brüsselə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsselə səfər edib. SİA xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb. O, səfər çərçivəsində Ukraynada müharibə başlayandan sonra ilk dəfə NATO-nun Baş Qərargahında olub və alyansın Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Qeyd edək ki, bu gün NATO-nun müdafiə nazirlərinin görüşü keçiriləcək. Görüş çərçivəsində Ukraynaya silah təchizatı üzrə təmas qrupunun, eləcə də Ukrayna-NATO Şurasının iclası baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə