İranın cənub-şərqində yerləşən Xuzistan əyalətində məişət qazının partlaması nəticəsində azı 8 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Partlayış nəticəsində ev uçub.
Partlayış nəticəsində ikisi uşaq olmaqla azı dörd nəfər yaralanıb. Hadisə yerinə iki təcili yardım maşını göndərilib. Əyalət fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, qurbanların sayının artması ehtimalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB