Gənc israilli qadın qəhrəman elan edildi

Gənc israilli qadın qəhrəman elan edildi

Qəzza sərhədinə yaxın Nir Amda yaşayan 25 yaşlı gənc qadın İnbar Liberman HƏMAS-ın hücumundan sonra qəhrəman elan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağından təxminən 2,5 kilometr aralıda yerləşən ümumi yaşayışı olan qapalı icma Nir Amda təhlükəsizlik koordinatoru kimi çalışan 25 yaşlı qadın hücumu eşidəndən sonra hərəkətə keçib. Sərhədə çox yaxın olan Nir Am yaxınlığında atışma və partlayış səslərini eşidən və bu səslərin əvvəlki raketlərdən fərqli olduğunu və yaxınlaşdığını anlayan gənc qadın ətrafdakılara xəbərdarlıq edib. Kəndi mümkün qarşıdurmaya hazırlayan xanım 12 qonşusuna silah paylayıb və bəzi yerlərdə tələlər qurub. Bir müddət sonra HƏMAS silahlılarının kəndə yaxınlaşması ilə münaqişə başlayıb. Təxminən 4 saat davam edən qarşıdurmada Liberman 5 Həmas yaraqlısını öldürüb, ümumilikdə 25-dən çox HƏMAS yaraqlısını isə zərərsizləşdirib. Hücumun şiddətini proqnozlaşdırdığı və hazırlıq gördüyü üçün böyük tərif alan gənc qadının bu yolla kəndi xilas etdiyi bildirilib.

Qeyd edək ki, 2022-ci ilin dekabrından bu vəzifədə çalışan qadın böyük mülki ölümün də qarşısını alıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə