Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 1200-ü keçib. SİA xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə qəfil hücum edib. Qəzza sektorundan yəhudi dövlətinin ərazisinə, o cümlədən paytaxt Təl-Əvivə 2 mindən çox raket atılıb. Bundan başqa, İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar bir neçə yaşayış məntəqəsini və hərbi bazanı ələ keçirib. Nəticədə 1200 israilli ölüb, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Az vaxtda İsrail ordusu ölkənin cənubundakı bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB