Rusların Sumi bölgəsinə hücumu kiçik bir qızın həyatına son qoyub
...Çərşənbə axşamı, oktyabrın 10-da rusların Ukraynanın Sumı bölgəsini atəşə tutması nəticədə azyaşlı uşaq həlak olub.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Sumı Regional Hərbi Administrasiyasının rəsmi Telegram kanalında verilib.
Beləliklə, şəhər tipli Uqroedanın raket hücumuna məruz qalması səbəbindən 2009-cu il təvəllüdlü qız yaralanıb və təcili yardım maşınında dünyasını dəyişib.
“...Rusların kinsizliyinin həddi-hüdudu yoxdur. Onlar ən müqəddəs şeyə - övladlarımıza təcavüz edir, gələcəyimizi məhv etməyə çalışırlar”.
Bunu Ukrayna tərəfi bəyan edir.
Xəbər verildiyi kimi, oktyabrın 9-da gecə Rusiya Ukrayna ərazisinə pilotsuz uçuş aparatları göndərib. Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrindən bildirilib ki, işğalçılar ümumilikdə “Şahed-136/131” tipli 36 kamikadze pilotsuz uçan aparatı buraxıblar.
Verilən xəbərlərə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 26-nı Odessa, Nikolayev və Xerson vilayətlərində vurub.
Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, üç saata yaxın davam edən gecə hücumu zamanı rus işğalçıları infrastruktur obyektinə zərbələr endiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB