Abxaziya Rusiya ilə Belarusun “birlik dövlətinə” qoşulmaq istəyir..?

Abxaziya Rusiya ilə Belarusun “birlik dövlətinə” qoşulmaq istəyir..?

...Abxaziyanın xarici işlər naziri İnal Ardzinba BMT-nin cəmi beş üzvü tərəfindən tanınan respublikanın Rusiya və Belarusun “birlik dövləti”nə qoşulmaq niyyətində olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Birinci Kanalın “Böyük oyun” verilişinin efirində o, Abxaziya hakimiyyətinin hazırda Moskva ilə Minsk arasında qarşılıqlı əlaqə təcrübəsini fəal şəkildə öyrəndiyini söyləyib.

...Dövlətlərarası birliklər ölkələrə, onların şəxsiyyətinə, mədəni koduna hörmət etdikdə, biz dövlətlərin suveren bərabərliyi prinsipinə riayət olunmasının tərəfdarıyıq. Ona görə də biz Rusiya və Belarusla bir yerdə olmaq istəyirik.

Qeyd edək ki, Belarus Abxaziyanı ayrıca dövlət kimi tanıyan ölkələr sırasında deyil.

Bununla belə, Ardzinba əmin etdi ki, bunun üçün əsas artıq yaradılır. Onun sözlərinə görə, respublika Belarusla birgə iş prinsiplərinin formalaşdırılması üzərində işləyir: hazırda ticarət-iqtisadi, mədəni və humanitar layihələrə, o cümlədən Abxaziya mallarının Belarusa tədarükünə başlanılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə