Ruisya və İran “3+3” platformasının bərpasına tərəfdardırlar

Ruisya və İran “3+3” platformasının bərpasına tərəfdardırlar

Ruisya və İran xarici işlər nazirləri “3+3” məşvərətçi bölgə əməkdaşlığı platforması çərçivəsində fəliyyətin bərpa olunması məsələsini müzakirə ediblər. Oktyabrın 10-da Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Əmir Abdullahiyan arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi, eləcə də Cənubi Qafqazda vəziyyət və “3+3” məşvərətçi bölgə əməkdaşlığı platforması (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya + İran + Türkiyə) çərçivəsində fəaliyyətin tezliklə bərpa olunması məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə