Bu arada ABŞ prezidenti Cozef Bayden HƏMAS-ın İsrailə hücumlarını “terror aktı” adlandırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bayden bunu Amerika xalqına müraciətinin bir hissəsi kimi açıqlayıb.
Bayden qeyd edib ki, İsrail HƏMAS-ın hücumlarına cavab vermək hüququna malikdir.
Xatırladaq ki, Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Co Baydenin Amerika xalqına müraciətində Vaşinqtonun İsrailə və yəhudi icmasına dəstəyini, o cümlədən hərbi yardımı elan etmək niyyətində olduğunu bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB