Paşinyan, "üzürlü sayın, gələ bilməyəcəm" deyir...

Paşinyan, "üzürlü sayın, gələ bilməyəcəm" deyir...

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bir sıra səbəblərə görə oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində iştirak edə bilməyəcəyindən təəssüfləndiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, dövlət başçıları qarşıdan gələn sammitlə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

Ermənilərin “Azatutyun” radiosu Ermənistan tərəfinin hələlik telefon danışığı ilə bağlı mesaj dərc etmədiyini xəbər verir.

Onu da qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Paşinyanın MDB ölkələri liderlərinin görüşündə videobağlantı vasitəsilə iştirak edəcəyini ehtimal edib.

Sammit ərəfəsində Qırğızıstanın paytaxtında keçiriləcək MDB ölkələrinin xarici işlər nazirlərinin iclasında isə Ermənistanı xarici işlər nazirinin müavini təmsil edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə