Rusiya 2024-2026-cı illər üçün BMT İnsan Hüquqları Şurasına seçilə bilməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Charter97.org” BMT Baş Assambleyasına seçkilərin nəticələrinə dair məlumat yayıb.
Qeyd edək ki, Şərqi Avropa qrupundan İnsan Hüquqları Şurasında təmsil olunmaq üçün mübarizə aparan ölkələr mövcud iki yer uğrunda mübarizə aparıblar. Belə ki, Albaniya 123, Bolqarıstan 160, Rusiya isə 83 ölkədən dəstək alıb.
Xatırladaq ki, Rusiya 2020-ci ildə Şuraya seçilsə də, lakin 2022-ci ilin aprelində Ukraynada müharibə başlayandan sonra BMT Baş Assambleyasının qərarı ilə onun üzvlüyü dayandırılıb.
Rusiya daha sonra İnsan Hüquqları Şurasına qayıtmaq niyyətində olduğunu bildirib. Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi, Şuranın hökumətləri müstəqil siyasətlərinə görə cəzalandırmaq üçün bir qrup ölkələrin tapşırıqlarını yerinə yetirən bir orqana çevrilməsinin qarşısını almağa hazırlaşdıqlarını vurğuladı.
Oktyabr ayında UNHRC Rusiyada insan haqları pozuntularını sənədləşdirmə planlarını açıqladı. Qəbul edilmiş qətnamənin mətnində qeyd olunur ki, İnsan Hüquqları Şurasını bu addımı atmağa ölkədə mövcud olan qorxu, repressiya və zorakılıq mühiti, habelə hüquq müdafiə təşkilatlarının fəaliyyətinin mümkünsüzlüyü səbəb olub.
Xatırladaq ki, BMT-nin İnsan Hüquqları Şurası BMT Baş Assambleyası tərəfindən seçilən 47 daimi üzvdən ibarətdir. Daimi üzvlər Şuranın qəbul etdiyi qərarlar və növbədənkənar iclaslarda səsvermə hüququna malikdir.
...İnsan Hüquqları Şurası ildə ən azı üç müntəzəm sessiya keçirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB