Ərdoğan Avstriya kansleri Nehammer ilə görüşüb

Ərdoğan Avstriya kansleri Nehammer ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan ölkəyə rəsmi səfərə gələn Avstriyanın baş naziri Karl Nehammeri rəsmi mərasimlə qarşılayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Ərdoğan və Nehammer mərasim sahəsində yerlərini aldıqdan sonra 21 artilleriya atəşi ilə iki ölkənin dövlət himnləri səsləndirilib.

Ərdoğan və Nehammer təkbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcək.

Keçiriləcək görüşdə Türkiyə ilə Avstriya arasında ikitərəfli münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə