"Təhlükəsizlik sazişi ilə bağı Türkiyə ilə dialoqu davam etdiririk"

"Təhlükəsizlik sazişi ilə bağı Türkiyə ilə dialoqu davam etdiririk"

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Türkiyə ilə İranla olduğu kimi mümkün təhlükəsizlik sazişinin imzalanması üçün dialoqun davam etdiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İraqın rəsmi “Əs-Sabah” qəzeti Sudaninin Rusiya səfərindən əvvəl ''Sputnik''ə verdiyi müsahibəni dərc edib.

Türkiye ilə münasibətlər və İranla olduğu kimi Türkiyə ilə də mümkün təhlükəsizlik sazişinin imzalanmasına dair sualı cavablandıran Sudani deyib:“Qonşumuz Türkiyə ilə dərin tarixi əlaqələrimiz var. Bizim geniş miqyaslı birgə ticarət həcmimiz də var. Təhlükəsizlik məsələləri də daxil olmaqla, iki ölkə arasında bütün ümumi məsələlər və əlaqələr üzrə dialoqumuz davam edir. Təhlükəsizlik problemləri ilə mübarizə aparmaq üçün konkret mexanizmlər yaratmaq üçün danışıqlar aparırıq''.
İraq rəhbərliyi mart ayında Tehranla imzalanan təhlükəsizlik müqaviləsi çərçivəsində İran rejiminə qarşı qrupların sentyabrın 19-dan etibarən tərksilah edilərək sərhəddən uzaq bölgəyə yerləşdirildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə