...Oktyabrın 10-u səhər saatlarından etibarən Rusiya qoşunlarının Donetsk vilayətindəki Avdeevka məntəqəsini kütləvi atəşə tutması barədə xəbərlər gəlir. Rusiya qoşunları ötən fevralda Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri Donetskin şimal-qərbindəki bu şəhəri ələ keçirməyə çalışsalar da, Ukrayna qoşunları bu şəhəri tutdular.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, son aylarda orada...indiki kimi heç bir aktiv hücum əməliyyatı olmamışdı.
Qeyd edək ki, həm Rusiya, həm də Ukrayna mənbələri güclü atəş açıldığını bildirirlər.
Bu arada RBC-Ukrayna yerli sakinlərə istinadən xəbər verir ki, hücumlar səhər saat 5-də başlayıb.
Avdeevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş “Suspilne” telekanalına açıqlamasında şəhərin şimalında şiddətli döyüşlər getdiyini bildirib.
Rusiyanın hava hücumları həyata keçirdiyi bildirilir.
Cəbhəyə yaxın olmasına baxmayaraq şəhərdə qalan dinc sakinlər arasında ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.
Onu da bildirək ki, Avdeevka yaxınlığında baş verən hadisələr Rusiya və Ukraynanın rəsmi hesabatlarında hələ də qeyd olunmayıb.
Amma Rusiya qoşunlarının cəbhənin digər sektorlarında - Marinka bölgəsində, Kupyansk yaxınlığında, eləcə də Pyatixatki ərazisində Zaporojye vilayətində irəliləyiş cəhdləri barədə də məlumatlar var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB