Avropa İttifaqının (Aİ) Fələstinə yardımla bağlı ziddiyyətli açıqlamalar verməsi və yardımı dondurmaq qərarından imtina etməsindən sonra Avropa ölkələri də fərqli mövqe sərgiləyir.
SİA-nın əldə etdiyi məlumata görə, Almaniya hökuməti Fələstin ərazilərinə etdiyi inkişaf və infrastruktur yardımlarını nəzərdən keçirmək qərarına gəlib və ayrılan vəsaiti ödəməyi dayandırıb.
İnkişaf naziri Svenja Şulze "Biz bu çətin zamanda İsraillə tam həmrəyik. Fələstin ərazilərindəki insanlara verdiyimiz dəstəyin sülhə xidmət etməsi üçün hər zaman həssas olmuşuq. Bununla belə, İsrailə qarşı bu hücumlar dəhşətli dönüş nöqtəsidir. Ona görə də Fələstin əraziləri ilə bağlı bütün öhdəliyimiz nəzərdən keçirəcəyik" deyib.
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ümumilikdə 19 milyon avroluq yardım layihələrini dayandırdıqlarını bildirib.
Fransa prezidenti Emmanuel Makron birbaşa Fələstin xalqının xeyrinə olan yardımların dayandırılmasının tərəfdarı olmadıqlarını bildirib.
Makron Almaniya kansleri Olaf Şolts ilə Almaniyanın Hamburq şəhərində təşkil edilən birgə mətbuat konfransında Avropa ölkələrinin Fələstin torpaqlarına etdiyi yardımların nəzərdən keçirilməsi ilə bağlı, "Biz Fələstin xalqına birbaşa fayda verən yardımın dayandırılmasının tərəfdarı deyilik. Bu yardımın "Həmas"ı maliyyələşdirə bilməməsi üçün öz prosedurlarımızı tətbiq etmişik" deyib.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilib:
“Biz Fələstin xalqına birbaşa fayda verən yardımın dayandırılmasının tərəfdarı deyilik”.
İspaniyada bəzi KİV-lər də hökumətin Aİ-nin yardımı dayandırmaq qərarı ilə razılaşmadığı barədə xəbərlər dərc edib.
Belçikanın inkişaf əməkdaşlıq naziri Karoline Gennez Fələstindəki vəziyyəti yaxından izlədiklərini, yardımları davam etdirməyi hədəflədiklərini və digər Aİ üzvləri ilə məsləhətləşərək mövqelərini müəyyən edəcəklərini bildirib.
Bildirilib ki, Aİ üzvü olmayan İngiltərə yardımı kəsmək niyyətində deyil.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, hökumətdəki mənbə BMT vasitəsilə Fələstinə edilən milyonlarla dollarlıq xarici yardımın dayandırılması planının olmadığını bildirib.
İrlandiya Aİ Komissiyasının 691 milyon avrodan çox yardıma yenidən baxılması qərarını rədd edən ölkələr sırasında olub.
İrlandiya Xarici İşlər Nazirliyinin sözçüsü Aİ Komissiyasının qonşuluq və genişlənmədən məsul üzvü Oliver Varhelinin birtərəfli qərarının "hüquqi əsası olmadığını" bildirib və "yardımın dayandırılmasını dəstəkləmədiklərini" qeyd edib.
Qeyd edək ki, Aİ dünən "Həmas"ın İsrailə hücumundan sonra Fələstinə yardımla bağlı təəccüblü və ziddiyyətli açıqlamalar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



