Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri İsraili dəstəklədiklərini bəyan ediblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
ABŞ prezidenti Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı görüşdən sonra birgə bəyanat veriblər.
Liderlər İsraili qətiyyətlə dəstəklədiklərini vurğulamaqla yanaşı, HƏMAS-ı qəti şəkildə qınadıqlarını bildiriblər.
İsrailin özünü və xalqını müdafiə etmək səylərini dəstəkləyəcəklərini qeyd edən liderlər, bu ölkəyə düşmən olan hər hansı bir tərəfin bu hücumlardan istifadə etməməsi barədə xəbərdarlıq ediblər.
Bəyanatda deyilir: “Yaxın günlərdə biz İsrailin özünü müdafiə edə bilməsini və nəticədə sülhsevər və inteqrasiya olunmuş Yaxın Şərq regionu üçün şərait yarada bilməsini təmin etmək üçün İsrailin müttəfiqləri və qarşılıqlı dostları kimi koordinasiyada qalacağıq''.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB