Solovyev HƏMAS-ı vurduğu üçün İsraili tənqid edib

Solovyev HƏMAS-ı vurduğu üçün İsraili tənqid edib

Bu arada Kreml təbliğatçısı Vladimir Solovyov, deyəsən yaman əsəbləşib.

Belə ki, o, İsrail ordusunu Qəzza sektorunu bombaladığına görə kəskin tənqid edərək, yəhudiləri son dərəcə qəddar adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Sensor.NET” xəbər verir ki, Solovyov İsrail ordusu ilə Rusiya ordusunun döyüş üsullarını müqayisə edərək, “biz belə müharibə aparmırıq” qənaətinə gəlib.

Sizi bilmirəm, amma mən Solovyovun dediklərindən rus ordusunun çox humanist bir ordu olduğu qənaətinə gəldim.

Yeri gəlmişkən bu arada, internetdə Qəzza zolağının Ukraynanın Xarkov şəhərinin üçdə birindən bir qədər böyük ərazi olduğunu, bəzi ərazilərinin demək olar ki, Rusiya artilleriyası tərəfindən tamamilə məhv edildiyini açıqlayan xəritə dərc edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə