"Fələstin dövlətinin yaradılmasına ehtiyac var..."

Putin ilk dəfə olaraq İsrailin fələstinli terrorçulara qarşı müharibəsini şərh edib
"Fələstin dövlətinin yaradılmasına ehtiyac var..."

Bu arada Putin ABŞ hakimiyyətini Yaxın Şərqdəki siyasətinin uğursuzluğunda ittiham edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar zamanı o, İsraildə vəziyyətin gərginləşməsini belə siyasətin nümunəsi adlandırıb.

Kreml rəhbəri vurğulayıb ki, İraqın baş naziri ilə görüş qlobal böhranlar, o cümlədən Ukrayna münaqişəsi və Yaxın Şərqdəki müharibə fonunda keçirilir.

Putin münaqişənin bütün tərəflərinə müraciət edərək mülki əhaliyə dəyən zərəri minimuma endirməyə çağırıb.

...Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, bu, Birləşmiş Ştatların Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsidir. O, nizamlanmanı inhisara almağa çalışsa da, təəssüf ki, hər iki tərəf üçün məqbul olan kompromisləri tapmaqla maraqlanmadı.

Bunu deyən Putinə görə, Amerika hakimiyyəti münaqişənin hər iki tərəfinə təzyiq göstərib və bunun necə ediləcəyi ilə bağlı öz fikirlərini irəli sürüb.

Rusiya prezidenti həmçinin suveren Fələstin dövlətinin yaradılması məsələsinin həllini təcili ehtiyac adlandırıb.

Yeri gəlmişkən, Putin növbəti danışıqlar zamanı bu və digər mövzuların müzakirəsini də təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə