Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheli Aİ-nin fələstinlilərə bütün yardım ödənişlərini dayandırdığını və bütün mövcud proqramları yenidən qiymətləndirəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hazırkı inkişaf yardım proqramının 691 milyon avro təşkil etdiyini bildirən komissar bununla bağlı açıqlamasında bildirib.
Fələstinlilərin ən böyük maliyyə dəstəkçilərindən biri olan Avropa İttifaqı 2021-2024-cü illər arasında layihələrin, xüsusilə də təhsil və səhiyyənin maliyyələşdirilməsi üçün təxminən 1,2 milyard avro büdcə proqnozlaşdırmışdı. HƏMAS-ın şənbə günü Qəzza zolağından başlatdığı hücumda indiyədək İsrailin cənubunda 700-dən çox adam ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB