ABŞ yaxın 48 saat ərzində İsrailin Qəzzaya qurudan müdaxiləsini gözləyir
...ABŞ rəsmiləri yaxın 48 saat ərzində İsrailin qurudan Qəzzaya müdaxilə edəcəyini gözləyirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə oktyabrın 9-da axşam saatlarında ilk olaraq “The Washington Post” qəzeti məlumat yayıb.
Qeyd edək ki, həmin axşam baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Cozef Baydenə İsrailin Qəzzanı işğal etməkdən başqa çarəsi olmadığını deyib.
Eyni zamanda, Konqres üzvləri ilə keçirdiyi brifinqdə Amerika rəsmiləri qanunvericilərə ABŞ-ın uzunmüddətli müharibəyə hazırlaşması barədə məlumat veriblər. Bununla yanaşı, onlar İsrailə siyasi və maddi dəstəyin vacibliyini vurğulayıblar.
İsrailin istəklərinə, ehtimal ki, artan kəşfiyyat məlumat mübadiləsi, “Dəmir Qübbə” raketləri, döyüş sursatı, dəqiq idarə olunan raketlər və kiçik diametrli bombaların təcili tədarükü daxildir.
Bu arada ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Cardin İsrailə həm hərbi, həm də diplomatik yardım göstərməyə yönəlmiş qanunları təşviq edəcəyinə söz verib.
Yeri gəlmişkən, ABŞ BMT Təhlükəsizlik Şurasının 15 üzvünün hamısından HƏMAS hücumlarını qətiyyətlə pisləməyi tələb edib.
Yeri gəlmişkən xatırladaq ki, Təhlükəsizlik Şurası bununla bağlı hələ də hər hansı rəsmi tədbir görməyib.
O da qeyd edilir ki, guya Qəzzadakı girovların taleyi ilə bağlı məsələlər ABŞ üçün prioritet olaraq qalmaqdadır.
Deyilənlərə görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Baydenin ABŞ-ın İsraildəki səfiri vəzifəsinə namizədi Cek Lyu üçün təsdiq dinləmələrini sürətləndirəcəyi gözlənilir. Bu, həm demokratların, həm də respublikaçıların İsrailə diplomatik yardım göstərməyə hazır olduqlarından xəbər verir.
Səfir təyinatı göründüyü kimi mücərrəd məsələ deyil. Bu, Yaxın Şərqdəki vəziyyətə birbaşa təsir edir, çünki hazırda Misirdə, eləcə də Livan, Oman və Küveytdə Amerika səfirləri yoxdur.
Bundan əlavə, Baydenin diplomatik namizədlərinin təsdiqində gecikmələrə görə, ABŞ Dövlət Departamenti hazırda USAİD-in fövqəladə hallara cavabdeh zabiti və Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru olmadan qalıb.
Və sonda, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki yüksək səviyyəli respublikaçılar və demokratlar ABŞ-ın İsrailə dəstəyini təsdiqləyən və HƏMAS hücumlarını pisləyən, həmçinin İrana qarşı sanksiyalara tam əməl etməyə çağıran ikitərəfli qətnamə hazırlayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB