Kahramanmaraşda yenidən zəlzələ qeydə alınıb

Kahramanmaraşda yenidən zəlzələ qeydə alınıb

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Elbistan rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə