Meksika öz vətəndaşlarını İsraildən çıxarmaq üçün hərəkətə keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən prezident Andres Manuel Lopez Obrador təxliyyə tələb edən 300 meksikalının ölkəyə gətirilməsi üçün Hərbi Hava Qüvvələrinə aid 2 təyyarənin Təl-Əvivə yola düşəcəyini bildirib. Lopez Obrador, Fələstin və İsrail səfirlərinin ölkəyə qayıtmaq istəyən meksikalılarla əlaqə saxladıqlarını və onların çoxunun turistik səfər üçün ora getdiyini bildirib. Münaqişə başlayandan bəri 3 Meksika vətəndaşının itkin düşdüyünü deyən Lopez Obrador onların ailələri ilə ünsiyyətdə olduqlarını qeyd edib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB