Myanmada güclü daşqınlar minlərlə insanı yerindən didərgin salıb

Myanmada güclü daşqınlar minlərlə insanı yerindən didərgin salıb

Myanmanın cənubundakı Baqo bölgəsinə yağan güclü yağışlar minlərlə insanı yerindən didərgin salıb və dəmir yolu nəqliyyatının dayanmasına səbəb olub. SİA “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi yerli hakimiyyət orqanları məlumat yayıb.

Baqo bölgəsinin Sosial Rifah, Yardım və Köçürmə Komitəsinin rəhbəri Thaung Şve bildirib ki, daşqınlar səbəbindən ümumilikdə 14304 nəfər 36 düşərgəyə sığınıb.

O, suyun səviyyəsinin qalxması ilə əlaqədar xilasetmə işlərinin davam etdiyini söyləyib.

Ölkənin Nəqliyyat və Rabitə Nazirliyi bildirib ki, Yanqona gedən iki sərnişin qatarındakı 800-ə yaxın sərnişin daşqın səbəbindən axşam qayıqla Yanqona aparılıb. Baqodan keçən dörd sərnişin qatarı reysi də daşqın səbəbindən bazar günü ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə