“HƏMAS”ın hücumları nəticəsində 900-dən çox israilli həlak olub

“HƏMAS”ın hücumları nəticəsində 900-dən çox israilli həlak olub

Fələstinin radikal “HƏMAS” hərəkatının hücumları nəticəsində 900-dən çox israilli həlak olub, daha 2 616 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Qəzza zolağından İsrailə azı 4,5 min raket atılıb, İsrail ordusu isə ümumilikdə 1 290 hədəfi vurub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə