Oktyabrın 9-da axşam saatlarında Gürcüstan ərazisində yağan leysan yağışlar və güclü külək bölgələrdə və paytaxt Tbilisidə bir sıra ciddi fəsadlar törədib. SİA xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyası məlumat yayıb.
Bildirilir ki, güclü külək əsasən Saburtalo və Vaki rayonlarına təsir edib. Xüsusən də Maricani küçəsində ağacların aşması nəticəsində elektrik naqilləri zədələnib, bəzi yarımçıq qalmış tikililərin divarları uçub. İnsanların mülklərinə, xüsusən də avtomobillərə xeyli ziyan dəyib. Tbilisi meriyasının müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər. Meriyada qaynar xətt yaradılıb.
Qərb bölgəsində yağan leysan yağışlar da ziyansız ötüşməyib. Bəzi əraziləri su basıb, sel təhlükəsi yaranıb, çaylarda suyun səviyyəsi artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB