İsrail sakinlərə 72 saat qida və su ehtiyatı saxlamağa çağırış edilib
...İsrail vətəndaşları, yaşayış yerindən asılı olmayaraq, ən azı 72 saat su və qida ehtiyatına malik olmalıdırlar.
SİA-nın əldə etdiyi məlumata görə, “The Times of Israel” xəbər verir ki, bu barədə İDF Logistika Komandanlığı bildirib.
...Kampaniya uzun sürə bilər və hər bir ailənin fövqəladə hallarda özünü su, qida, dərman və lazımi avadanlıqla təmin etməsi vacibdir.
Bu müraciətdə deyilir.
İsrail rəsmiləri həmçinin insanlara ən yaxın bomba sığınacağının harada yerləşdiyini yoxlamağı və oraya asanlıqla daxil olduqlarına əmin olmağı tövsiyə edir.
Komandanlıq həmçinin təhlükəsiz otaqlarda adambaşına gündə üç litr su, tez xarab olmayan ərzaq ehtiyatları, fənərlər, batareyalar, telefonlar və batareya ilə işləyən radiolar, həmçinin mobil cihazların şarj cihazları, ilk yardım ləvazimatları, dərmanlar eləcə də şəxsiyyət vəsiqəsi, nağd pul götürməyi tövsiyə edir.
Qeyd edək ki, ordu bu göstərişlərin yeni deyil və həmişə aktual olduğunu da xatırladır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB