Fələstin radikal qruplarının Qəzza zolağından Qüdsə doğru atdığı növbəti raket Əbu Qoş kəndindəki Axmat Kadırov məscidinə düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2013-cü ildə Çeçenistanın rəhbəri Ramzan Kadırovun təşəbbüsü ilə Qüdsün 10 kilometrliyində yerləşən Əbu-Qoş kəndində tikilməyə başlanan məscid Axmat Kadırovun adını daşıyır. Onu da qeyd edək ki, deyilənlərə görə, bu kənddə yaşayanlar etnik çeçenlərdir. Maraqlıdır ki, yerli sakinlərin bir çoxu çeçen olduqlarını məhz həmən ərəfədə bilmişdilər.
Beləliklə, hazırda İsraildəki atışma nəticəsində Əbu Qoşda ən azı bir nəfər və Yerusəlimin digər şəhərətrafı Beitar İlita şəhərinin isə bir neçə sakini yaralanıb.
Bir daha xatırladaq ki, Əbu Qoşdakı məscid 2014-cü ildə Ramzan Kadırov tərəfindən açılıb və atasının adını daşıyır. Əbu Qoş səlahiyyətliləri tikintiyə 10 milyon dollar, o cümlədən 6 milyon dolları Çeçenistan hökumətindən xərclədiklərini söylənilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB