İsrail Qəzza zolağında quru əməliyyatına başlaya bilər...

İsrail Qəzza zolağında quru əməliyyatına başlaya bilər...

Oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu İsrailin hava hücumlarından sonra Qəzza zolağında baş verən partlayışların videosunu dərc edib.

“Biz başlamışıq. Biz qalib gələcəyik”, – Netanyahu Qəzza zolağında HƏMAS-ın hədəflərinə edilən hücumları əks etdirən videonun altında yazıb.

SİA-nın əldə etdiyi məlumata görə, oktyabrın 9-da “Walla” portalı yazıb ki, İsrail və Amerika mənbələrinə istinadən, Netanyahunun ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı HƏMAS silahlılarının İsrailə hücumuna cavab olaraq Qəzza zolağında quru əməliyyatına başlamaq planlarını açıqlayıb.

Deməli, İsrail yaxın günlərdə və həftələrdə Qəzza zolağında quru əməliyyatına başlaya bilər.

Bəzi mənbələrin bildiridiyinə görə, İsrail hərbi əməliyyatlar öncəsi müttəfiqi ilə zəmin hazırlamağa başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə