Qəzzadakı Fələstin Əmək Nazirliyinin məlumatına görə ...
İsraildə çalışan qəzzalı 100-dən çox işçi deportasiya olunduqdan sonra işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərinə göndərilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qəzzalı işçilər Ramallah valisi Leyla Qanam tərəfindən icra hakimiyyəti binasında qəbul edilib.
Fələstinli fəhlə Məhəmməd Tenira İsrail qüvvələrinin 8 oktyabr səhəri onların iş yerlərinə basqın edərək fələstinliləri döydüyünü və onları qarğa nasoslu avtobuslara mindirərək Ramallah yaxınlığındakı bölgəyə deportasiya etdiklərini söyləyib.
Qəzzadakı Fələstin Əmək Nazirliyinin məlumatına görə, İsraildə işləmək icazəsi olan təxminən 18500 fələstinli var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB