Türkiyə zəlzələdən zərər çəkən Əfqanıstana yardım göndərib

Türkiyə zəlzələdən zərər çəkən Əfqanıstana yardım göndərib

Milli Müdafiə Nazirliyi Türkiyənin Əfqanıstanda oktyabrın 7-də baş verən zəlzələdən sonra lazım olan yardım materiallarını göndərdiyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazirliyin sosial media hesabında məlumat verilib:

"Ölkəmizin yardım materiallarını Əfqanıstana çatdırırıq. Əfqanıstanda baş verən zəlzələdən sonra ehtiyac duyulan AFAD-a (Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi) aid yardım materialları və avadanlıqlarını çatdıracaq Hərbi Hava Qüvvələrimizə məxsus təyyarə Ankarada Mürted Hava limanı Komandanlığından hərəkət edib".

Qeyd edək ki, Əfqanıstanın Herat vilayətində şənbə günü baş verən zəlzələlərdə 2445 nəfər həyatını itirib, 2440 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə