Qəzzaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 560-a çatıb
İsrailin Fələstinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 560-a çatıb.
SİA xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
"İsrailin Qəzza zolağında davam edən təcavüzü nəticəsində qurbanlarının sayı 560-a çatıb, 2900-dən çox yaralı var", - Nazirlik bildirib.
Bundan əvvəl Qəzzada 493 nəfərin öldüyü, 2800-ə yaxın insanın yaralandığı bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB