Naməlum silahlı şəxslər Nigeriyanın Zamfara əyalətində Maqami-Qusau magistralında hərəkət edən bir çox avtomobilə hücum ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumda 10 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. Hücum edənlər avtomobillərdəki bəzi adamları qaçırıb, 3 avtomobil yandırılıb.
Zamfara əyaləti 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir. Adam oğurluğuna görə cəza ölümü olsa da, ölkədə fidyə müqabilində adam oğurluğu adi haldır.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB