Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı

Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı

Yaponiya Meteorologiya Agentliyi səhər saatlarında baş verən naməlum maqnitudalı zəlzələdən sonra xəbərdarlıq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna uyğun olaraq Tokionun şərqindəki Çibanın 12 rayonu, Oqasavara adaları, İzu adaları, Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı edilib. Müxtəlif hündürlükdə dalğaların sahilyanı əraziləri bir neçə dəfə vura biləcəyi xəbərdarlığında yerli əhalidən çimərliklərdən və çayların mənsəblərindən uzaq durmaları istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə