ABŞ Aralıq dənizinin şərqinə təyyarədaşıyan gəmi göndərəcək

ABŞ Aralıq dənizinin şərqinə təyyarədaşıyan gəmi göndərəcək

ABŞ Fələstinin HƏMAS yaraqlılarının İsrailə hücumu ilə əlaqədar "Gerald R. Ford" təyyarədaşıyan gəmisini Aralıq dənizinin şərqinə göndərir. SİA xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Onun sözlərinə görə, “Gerald R. Ford”dan başqa, daşıyıcı zərbə qrupuna idarə olunan raket kreyseri və dörd raket esminesi daxildir. "Biz, həmçinin regionda ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A-10 qırıcı eskadrilyalarını gücləndirmək üçün addımlar atmışıq", - deyə nazir vurğulayıb ki, ABŞ İsraili dəstəkləməyə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə