İsrail prezidenti İsaak Hersoq bazar günü, oktyabrın 8-i axşam televiziya ilə çıxışında terror aktından sonrakı ilk 24 saatı yekunlaşdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Details” saytı yazır.
“...Bu günlərdə baş verənlər çoxşaxəli və genişmiqyaslı müharibənin bir hissəsidir”.
Bunu İsraili prezident bildirib.
Onun sözlərinə görə, belə müharibə bir göz qırpımında bitmir. Düşmənlərimiz indi kiberhücumlar və yalan xəbərlərin yayılması ilə ürəyimizə qorxu, təşviş salmaq üçün böyük səylər göstərirlər. Ancaq təkzibedilməz bir fakt var. İsrail dövləti qalib gələcək, çünki bizim seçimimiz yoxdur.
İsraili çətin günlər gözlədiyini deyən prezident Hersoq, xalqı illüziyalara qapılmamağa çağırıb.
...Biz ancaq birliyimizi qorusaq, sağ qala bilərik. “Bu, bizim ən güclü silahımızdır. Milli birlik hökumətinin vaxtı çatıb”.
Bunu deyən israilli prezident daha sonra hər kəsi məsuliyyətli davranmağa, tez-tez düşmənin xeyrinə olan şayiələrin və təsadüfi videoların yayılmasından çəkinməyə, həmçinin Daxili İşlər Nazirliyinin göstərişlərinə əməl etməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB