ABŞ İsrail sahillərinə təyyarədaşıyan gəmi göndərir...

ABŞ İsrail sahillərinə təyyarədaşıyan gəmi göndərir...

Amerika təyyarədaşıyan qrupu İsrail sahillərinə köçürüləcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.

Bu arada “NBCNews”, planlaşdırma ilə tanış olan iki ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ ordusu hazırda Aralıq dənizində yerləşən “USS Gerald Ford” təyyarədaşıyan gəmisini və onun daşıyıcı zərbə qrupunu İsrail sahillərinə göndərməyi planlaşdırır.

“Associated Press”in məlumatına görə, bura həmçinin “Normandiya” kreyseri, “Tomas Hudner”, “Ramage”, “Karni” və “Ruzvelt” esminesləri daxildir.

Bölgədəki qırıcı aviasiya eskadrilyaları isə “F-35”, “F-15”, “F-16” və “A-10” təyyarələri ilə tamamlanacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə