Ukraynanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları işğal altındakı Enerqodar və Zaporojye Atom Elektrik Stansiyasını azad etməyə üç dəfə cəhd ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, “NV” xəbər verir ki, bunu əməliyyatda şəxsən iştirak edən Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsinin komandiri bildirib.
Müdafiəçilər sol sahildə şəhərin və ona bitişik Zaporojya AES-in azad edilməsi üçün uyğun olacaq körpü başlığı yaratmağa çalışdılar.
Verilən xəbərə görə, ikinci və üçüncü cəhdlər zamanı bir neçə yüz əsgər Dnepr çayının sol sahilinə enməyə cəhd edib. Rusların yazdığına görə, döyüş zamanı Ukrayna tərəfdən başqa ölkələrin döyüşçüləri də iştirak ediblər.
...Hətta Yeni Zelandiyadan olan döyüşçülər lazımi təcrübəyə malik idilər və uzun müddət suda qalıb tapşırıqları yerinə yetirə biliblər.
...Üçüncü əməliyyat zamanı ruslar tankları sahilə çıxarıblar, bu səbəbdən də Ukrayna hərbçiləri möhkəm dayana bilməyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB