Bu arada Moskva sakini İrina Zavzyanova üzərində “terrorizm” yazılmış plakatla İsrail səfirliyinə gəldikdən sonra Rusiya ordusunu nüfuzdan salmaqda ittiham edilib. Zavzyanova saxlanılıb, daha sonra Yakimanka rayonundakı polis şöbəsinə aparılıb. Protokol tərtib edildikdən sonra o, sərbəst buraxılıb.
SİA “OVD-İnfo” insan haqları layihəsinin bəyanatına istinadən bildirir ki, Zavzyanovaya qarşı irəli sürülən ittiham plakatla deyil, onun çantasının üzərindəki Ukrayna bayrağının rənglərində olan lentlə bağlıdır.
Maraqlıdır ki, Zavzyanovanı polis şöbəsinə gətirənlər özləri protokolda cinayətin mahiyyətini izah etməyiblər.
O da qeyd olunur ki, moskvalıya oktyabrın 11-də polis şöbəsinə gəlmək öhdəliyi verilib, amma hansı məqsədlə gəlməsi ona məlum deyil.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB