Qəzza zolağı ilə sərhəddə yerləşən Ofakim şəhəri yaxınlığında “Nature Party” elektron musiqi festivalından 10-a yaxın qızı HƏMAS silahlıları qaçırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya mətbuatı ilkin olaraq onların arasında iki rus qadınının Elizaveta Prudnikova və Olqa Pilnikin olduğunu da yazıb.
Verilən məlumatlara görə, onlar texnoya qulaq asmaq və şou izləmək üçün İsrailə uçubmuşlar, lakin bunun əvəzinə HƏMAS-ın işğalına məruz qalıblar.
Deyilənlərə görə, əvvəlcə onlar metal qablarda gizləniblər, lakin silahlılar onlara atəş açanda səhraya qaçıblar. Bəziləri qaça bilsə də, bəziləri qaça bilməyib. İtkin düşənlərin ümumi sayının 130 nəfərə çatdığı deyilir.
Bu arada “VÇK-OGPU” teleqram kanalının məlumatına görə, İsraildə festival zamanı oğurlanan 22 yaşlı Yelizaveta Prudnikova milliyyətcə belarusdur. Mikaşeviçdən olan ailəsi Aşdoda köçüb və qız orada özünə Karina Pritika adını götürüb.
Hazırda fotoqraf kimi çalışan belaruslu qız yanvar ayında İvan adlı ukraynalı ilə ailə həyatı qurub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB