Rusiya İstintaq Komitəsi Xerson vilayətində avtomobilin partladılmasından sonra qətlə görə cəza nəzərdə tutan maddə ilə cinayət işi açıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri idarənin mətbuat xidməti yayıb.
...Hadisənin Novaya Kaxovkada baş verdiyi və "Vahid Rusiya"nın yerli bölməsinin katibinin həyatına son qoyduğu dəqiqləşir.
Qeyd edilir ki, hadisə yerinin araşdırılması artıq yekunlaşıb. Digər istintaq-əməliyyat tədbirləri, o cümlədən ekspertizalar davam etdirilir.
Partlayışı törədən şəxslərin kimliyi müəyyənləşdirilir.
İşə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin baxır. O, istintaqın gedişi ilə bağlı hesabat təqdim etməyi tapşırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB