Finlandiya və Estoniya arasında qaz kəməri sızma riski səbəbindən bağlanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tətbiq edilən məhdudiyyət barədə Finlandiyanın “Gasgrid Finland” şirkəti xəbər verir.
Şirkətdən verilən məlumata görə, oktyabrın 8-də gecə saat iki radələrində işçilər ölkələr arasında sualtı qaz kəmərində təzyiqin qəfil enməsini aşkar ediblər.
Operatorlar boru kəmərində sızmadan şübhələniblər və bu səbəbdən qaz kəmərinin klapanlarını bağlayıblar.
Hazırda hər iki tərəf hadisənin təfərrüatlarını dəqiqləşdirir.
Qeyd olunur ki, Finlandiyada qaz təchizatı ilə bağlı vəziyyət hələ ki, stabildir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB