Şimali Koreyanın Rusiya sərhədində yerləşən Tumanqan yük qatar stansiyasında tıxac yaranıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sentyabr ayında lider Kim Çen Inın “Vostoçnıy” kosmodromunda Vladimir Putinlə görüşündən sonra tərəflər arasındakı al-ver kəskin şəkildə artıb.
Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Koreya tədqiqat layihəsinə görə, stansiya COVID-19 pandemiyasından əvvəlki dövr də daxil olmaqla, son beş ildəkindən qat-qat fəal istifadə olunur.
Deyilənlərə görə, oktyabrın 5-də eyni vaxtda 73-ə yaxın yük vaqonu stansiyada olub.
Tədqiqatçılar qeyd edirlər ki, son beş il ərzində onun heç vaxt 20-dən çox vaqonu olmayıb. Onlar ehtimal edirlər ki, bu, Şimali Koreyanın Rusiyaya silah, xüsusən də onun üçün artilleriya və mərmi tədarükünün başlanğıcı ola bilər.
Təbii ki, bunu hazırda peyk fotoşəkilləri ilə təsdiqləmək mümkün deyil. Çünki stansiyada boşaldılan konteynerlər və qutular bağlıdır.
Amma, bunun qoxusunun gec-tez bəlli olacağı çox çəkməyəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB