Gürcüstanda, eyni ünvanda 12 aydan çox yaşayan miqrantlar...

...bu ölkənin “daimi sakinləri” hesab olunacaqlar
Gürcüstanda, eyni ünvanda 12 aydan çox yaşayan miqrantlar...

Beləliklə, eyni ünvanda 12 aydan çox yaşayan şəxslər, o cümlədən miqrantlar Gürcüstanın “daimi sakinləri” hesab olunacaqlar,

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Mtavari” TV Gürcüstan Milli Statistika İdarəsinin icraçı direktoru Qoqita Todradzeyə istinadən xəbər verir.

Qeyd edək ki, Milli Statistika İdarəsi 2024-cü ildə əhalinin ümumi siyahıyaalınmasını həyata keçirəcək.

“...Siyahıyaalma metodologiyası müəyyən bir anda ölkədə yaşayan bütün şəxsləri, o cümlədən 6 aydan artıq burada yaşayan və ya bir neçə gün ölkədə olan, eləcə də əksinə müvəqqəti olaraq xaricdə olan şəxsləri təsvir etməkdən ibarətdir.

Miqrantlara gəlincə, əgər şəxs müəyyən ünvanda 12 aydan artıq yaşayırsa, o, hansı ölkədən olmasından asılı olmayaraq daimi sakin hesab olunacaq”.

Todradze bildirib bunu.

Yeri gəlmişkən Gürcüstanda əhalinin siyahıyaalınmasına 29 milyon lariyə yaxın vəsait ayrılıb ki, bunun da əsas hissəsini dövlət büdcəsindən daxil olan vəsait təşkil edir.

Və onu da xatırladaq ki, bu ölkədə əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. Belə ki, sonuncu dəfə 2014-cü ildə keçirilən siyahıyaalmada ölkə əhalisinin sayı 3 milyon 713 min 804 nəfər olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə