Hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson yaxınlığındakı Snigirevkada “Sağ sektor”un (Rusiyada qadağan edilmiş terror təşkilatı-A.B.) üzvləri 22 dinc sakini qətlə yetiriblər.
SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumara görə, bu barədə oktyabrın 8-də Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirilib.
...Ukraynalı millətçilər hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson vilayətinin Snegirevka şəhərindən rusiyayönlü fikirdə olan 22 nəfəri güllələyiblər.
Qeyd etdiyimiz kimi, bunu ruslar yazırlar.
Rusiya təhlükəsizlik qüvvələrinin əməkdaşının sözlərinə görə, insanlar sentyabrın 13-də həlak olublar.
Öldürülənlər arasında 1990-cı il təvəllüdlü “Sağ sektor” silahlısı Yevgeni Karavan da var.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olan 5 Ukrayna vətəndaşının şəxsi məlumatlarını tez bir zamanda müəyyənləşdirə biliblər.
Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyaya birləşmə ilə bağlı keçirilən referendumdan sonra Snigirevski rayonu Ukraynanın Nikolayev vilayətindən bölgəyə qoşulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB