UNIFIL sözçüsü Andrea Tenentinin sözlərinə görə, Kfar Şuba bölgəsində səhər saatlarında baş verən sərhəd hadisəsi BMT-nin Livandakı Müvəqqəti Qüvvələri Komandanlığını narahat edir. SİA bu barədə rus saytlarına istinad edir.
“Sülhməramlılar bütün tərəflərlə daim təmasdadır və onları təmkinli olmağa çağırır. Livan və İsrail bölgədəki böhran vəziyyətini nəzərə alaraq, sərhəddə daha təhlükəli eskalasiyadan qaçmalıdırlar” - o deyir.
Tenenti əlavə edib ki, UNIFIL-in Livanın cənubunda sülhməramlı missiyası tam həcmdə uğurla həyata keçirilir.
“Mavi Dəbilqəlilər” kimi tanınan hərbi sülhməramlılar şəxsi təhlükəsizliklərini təmin etmək üçün həm şərti mövqelərdən, həm də qurulmuş sığınacaqlardan atəşkəsə nəzarət edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB