İsrail son 50 ildə ilk dəfə rəsmi olaraq müharibə vəziyyəti elan etdi
İsrail rəsmən müharibə vəziyyəti elan edib. Hökumət bu qərarı Alefin 40-cı bəndi adlanan bəndi qüvvəyə mindirərək qəbul edib. Kan dövlət radiostansiyası xəbər verir ki, orduya tam fəaliyyət azadlığı verilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu paraqraf dövlətin hətta müharibəyə səbəb ola biləcək belə tədbirləri görmək hüququna malik olduğunu nəzərdə tutur. Eyni zamanda, müharibə elan edildiyi təqdirdə əhaliyə və biznesə kompensasiya hərbi əməliyyatlar zamanı olduğundan fərqli formatda hesablanır.
Verilən xəbərlərə görə, sonuncu dəfə Alefin bu bölməsi 50 il əvvəl Yom Kippur müharibəsi zamanı qüvvəyə minmişdi.
Qeyd edək ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edib. Belə ki, həmən vaxt İsrailə bir neçə min raket atılıb.
Silahlı islamçılar sərhəd bölgələrinə soxularaq 600-dən çox insanı qətlə yetirib, əsir və girov götürüblər. İki mindən çox insan yaralanıb.
İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” əməliyyatı elan edərək Qəzza zolağını atəşə tutmağa başlayıb. Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyinin məlumatına görə, 300-dən çox insan həlak olub, 2 min nəfər yaralanıb.
Bazar günü Livanın "Hizbullah" radikal qruplaşması İsrailin şimalının atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Telegram kanalları İsrail tanklarının Livandakı islamçı mövqelərinə cavab zərbələri endirməyə başladığını yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB