“Həmas” əsir düşən israillilərin sayının İsrailin baş naziri Binyamin Netanyahunun düşündüyündən dəfələrlə çox olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Həmas”ın silahlı qanadı İzəddin Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə “Al-Aqsa” televiziyasına verdiyi açıqlamada Əqsa məscidi və fələstinli məhbusları müdafiə etmək üçün həyata keçirilən “Əqsa tufanı” hücumunun davam etdiyini söyləyib: “Hücuma görə İsrail dərin böhranla üzləşdi. Onlarla israilli əsir götürülüb və bu, Netanyahunun düşündüyündən qat-qat çoxdur.
İsrailli məhbuslar Qəzza zolağında hər yerdədir. Qəzza xalqına qarşı İsrail nə etdisə, israilli məhbuslara da eyni şəkildə rəftar ediləcək.
Netanyahu, qarşımıza çəyirtkə kimi düşən, yüzlərlə silah-sursat və tanklarını qoyub qaçan ordun ilə bizi təhdid edirsən?”
Bu arada, “Həmas” blokada altındakı Qəzza zolağı ətrafında İsrailin 7 ayrı nöqtəsində silahlı qüvvələrini qırıcılar və sursatla gücləndirib.
Qeyd edək ki, Fələstin silahlı qüvvələri gecə və səhər saatlarında İsrail daxilindəki bölgələrə sızmağa davam edib. Qrup İsrailin Ofakim, Sderot, Yad Mordechai, Kfar Aza, Be'eri, Yeted və Kissufim qəsəbələrindəki fələstinli silahlı qüvvələrin sursat və əlavə qüvvələrlə gücləndirildiyini və qarşıdurmaların davam etdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB