Türkiyədə ağır qəza olub - 5 nəfər öldü, 20-yə yaxın insan yaralandı

Türkiyədə ağır qəza olub - 5 nəfər öldü, 20-yə yaxın insan yaralandı

Türkiyənin Qaziantep bölgəsində beş nəfərin ölümü, 17 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, qəza yük avtomobilinin əvvəl mikroavtobusa, ardınca minik avtomobilinə çırpılması nəticəsində baş verib.

Bildirilir ki, yaralılardan beşinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə